Ismayilov Şahin Mehbali oğlu 08 avqust 1964-cü ildə Goranboy rayonunun Xoylu kəndində anadan olmuşdur . 1971-ci ildə Orta məktəbə getmiş, 1981-ci ildə bitirmişdir . Orta məktəbdə ikən musiqi müsabiqələrinə qatilan Şahin Ismayilov çox böyük uğurlar əldə edərək müsabiqələrin laureati olur. 13 yaşindan bu müsabiqələrdə uğur qazanaraq musiqiyə daha ciddi məsğul olmağa qərar verir və 1981-ci ildə respublika səviyyəli musiqi müsabiqəsində birinci yerə layiq görülür. 1982-ci ildə incəsənət institutuna daxil olur. 83-cü ildən 85-c i ilə qədər Ukraynada hərbi xidmətdə olur və hərbi xidməti başa vurduqdan sonra ali təhsilini davam etdirir. 1988-ci ildə respublika səviyyəsində , Islam Rzayev kimi dahi sənətkarin rəhbərliyi ilə keçirilən «istedadlar axtaririq ? 88» mahni müsabiqəsində tamaşaçilarin rəğbətini və səs çoxluğunu qazanaraq laureat adina layiq görülür . 1992-c i ildə H.Z.Tağiyev adina toxuculuq kombinatinin klubunda bədii rəhbər vəzifəsində çalişir və «Azəri» ansamblinı yaradaraq bu ansambla rəhbərlik edir. 1990-cı ildə xalqimizin başina gələn qanli 20 yanvar hadisələrindən sonra Şahin Ismayilovun yaradiciliğinda durğunluq dövrü yaranir və bu hadisələrin təsirindən o, bir müddət musiqiyə müraciət etmir .

1989-cu ildən Şahin Ismayilovun ifasinda səslənən 35-ə qədər mahni Sövkət Ələkbərova və Gülağa Məmmədov kimi dahi sənətkarlarin müsbət rəyi və raziliği ilə dövlət radiosunun qizil fondunda saxlanilir. Türkiyə və Rusiyada dəfələrlə qastrol səfərlərində olmuş və tamaşaçilarin böyük rəğbətini və sevgisini qazanmişdir .

1995-c i ildə «Baki gecələri» adli ilk albomu işiq üzü görür və məşhur sənətkarlarimizla bərabər geniş dinləyici kütləsi arasinda böyük sevgi ilə qarşilanir. Yaradiciliğa, musiqiyə olan böyük məsuliyyətdən Şahin Ismayilovun növbəti «Retro mahnilar» adli növbəti albomu 2008-ci ildə dinləyi cilərin ixtiyarina verilir. Retro musiqilərdən, klassik əsərlərdən ibarət olan bu albom da böyük sevgi və rəğbətlə qarşilanir. Albomda Azərbaycanin klassikasinin şah əsəri olan «Sənsiz», «Sevgili canan» kimi romanslari yer almişdir . Bu əsərləri dahi Bülbüldən sonra yenidən ifa etməyin necə məsuliyyətli olduğunu dərk edən Şahin Ismayilov əsərlər üzərində gərgin əmək sərf edərək uzun müddət onlarin üzərində məsuliyyətlə çalişmişdir . Bundan başqa albomda yer alan italyan klassikasinin şah əsəri olan «O sole mio» və dahi italyan müğənnisi Karuzonun xatirəsinə həsr olunmuş əsərlər üzərində də Şahin İsmayilov uzun müddət işlədikdən sonra əsərlərin alboma daxil edilməsinə qərar vermişdir. Hal-hazirda ikinci albom üzərində gərgin işlər gedir və tezliklə bu albom da dinləyicilərin ixtiyarina veriləcəkdir .

Ümumiyyətlə Şahin Ismayilov sənətdə dahi sənətkarlarimizin, korifey müğənnilərimizin qoyub getdiyi irsi yaşatmağa, onlarin ifalarinda səslənən mahnilari məsuliyyətlə ifa etməyə çalişmişdir. Məhz uşaqliğinda Rəşid Behbudovun sənətinə olan hədsiz sevgi ona musiqini sevdirmiş və daim öz repertuarlarinda korifey sənətkarlarimizin repertuarlarina müraciət etmişdir. O, böyük sənətkarlar Bülbülü, R.Behbudov, Ş.Ələkbərova, G.Məmmədov və başqalarini özünə mənəvi müəllim sayir və daim onlarin əsərlərinə, ifa etdikləri mahnilara bir daha müraciət edərək, bir növ onlardan öyrənməyə çalişir.

Şahin Ismayilov 2003-cü ildə ailə həyati qurub, 2 övladi var. Onun ən böyük arzusu düşmən işğali altinda olan torpaqlarimizin tezliklə azad olunması və xalqimizin xoş günlərlə yaşamasidir .

 

 

"Retro mahnılar" albomu

 

Fotoalbom

 

 

 

 

 

 


Shahin Ismayilov

Create your visitcard on Facebook